Doktorantın elmi işi Beynəlxalq Tədqiqatlar Müsabiqəsinin 1-ci dərəcəli diplomuna layiq görülüb

482

“Publishers International Linking Association” Beynəlxalq elmi ədəbiyyat Nəşriyyatçılar Assosiasiyasının üzvü «НОВАЯ НАУКА» Beynəlxalq Elmi əməkdaşlıq mərkəzinin  təşkilatçılığı ilə 15 noyabr 2021-ci il tarixində Rusiyanın Petrozavodsk şəhərində GƏNCLƏR ELMİNİN AVANQARDI” («АВАНГАРД МОЛОДЕЖНОЙ НАУКИ») Beynəlxalq Elmi-tədqiqat müsabiqəsi keçirilmişdir.  Müsabiqənin məqsədi elmlər namizədləri və elmlər doktorları, müxtəlif fəaliyyət sahələri üzrə tədqiqatçılar, müəllimlər və doktorantları elmə yeni töhfələr verməyə və tədqiqat fəaliyyətlərinin səmərəliliyini artırmağa yönləndirməkdir.

AMEA Aşqarlar Kimyası İnstitutunun 6 saylı “Yağlayıcı-soyuducu kompozisiyalar” laboratoriyasının elmi işçisi, dissertant Könül Qəhrəmanova müsabiqədə öz elmi tədqiqat işi üzrə “Xəzər dənizi sularında neft çirklənmələrinin bioremediasiyası” («Биоремедиация нефтяных загрязнений в водах Каспия») mövzusu ilə iştirak etmişdir.  K.Qəhrəmanovanın təqdim etdiyi iş müsabiqədə müsbət qiymətləndirilərək «НОВАЯ НАУКА» Beynəlxalq Elmi əməkdaşlıq mərkəzinin «АВАНГАРД МОЛОДЕЖНОЙ НАУКИ» Beynəlxalq Elmi-tədqiqat müsabiqəsinin sertifikatı və I dərəcəli diplomu ilə təltif edilmişdir. Bununla yanaşı, K.Qəhrəmanovanın elmi rəhbəri k.e.d., professor Pərvin Məmmədovaya tədqiqat işinin hazırlanmasında göstərdiyi dəstəyə görə müsabiqə təşkilatçıları tərəfindən təşəkkürnamə təqdim edilmişdir.

 

PAYLAŞ