Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda 15 İyun – Azərbaycanın Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndərin və Azərbaycanın ərazi bötüvlüyü uğurunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbir iştirakçıları Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən videoçarxı izləyiblər.
Tədbirdə Aşqarlar Kimyası İnstitutunun baş direktoru akademik Vaqif Fərzəliyev giriş nitqi ilə çıxış edib. O qeyd edib ki, “15 İyun –Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Həmin gün Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda o zaman hökm sürən dərin ictimai-siyasi böhrana son qoyulub, Azərbaycanın müstəqilliyinin itirilməsi təhlükəsi aradan qaldırılıb və respublikamızda dövlət quruculuğunun, sosial-iqtisadi inkişafının təməli qoyulub. ”. Akademik bu gün haqqında geniş məruzə ilə çıxış edərək Milli qurtuluşdan başlanan yolda əldə edilən uğurların əsas məqamlarını təqdim edib.
Sonda tədbir iştirakçıları bu günlə bağlı öz fikirlərini bölüşüblər.