2 ekranlı smartfon – Həm smartfon, həm də tablet

1407

Çin şirkəti “ZTE” öz istifadəçilərini “Axon M” adlı yeni smartfonla təəccübləndirib.

Milli.Az xəbər verir ki, cihaz 2 ekrana malik olub “Gorilla Glass Gen 5” qoruma texnologiyası ilə təhciz olunacaq.

5,2 düymlük 180 dərəcə dönə bilən ekranlara sahib smartfon istifadəçiləri onu həm də tabletə çevrilə biləcəklər. Ekranları həm displey kimi, həm də ayrı-ayrılıqda istifadə etmək mümkün olacaq.

Smartfon 4K çəkilişi edə bilir, 20 meqapiksellik kamera və barmaq izi ilə kiliddən açma funksiyası ilə təhciz olunmuşdur.

Axin M “Snapdragon 821” prosessoruna. 4 qiqabaytlıq operativ yaddaş və 64 qiqabaytlıq daxili yaddaşa (256 qiqabayta qədər artırıla bilər) malikdir.

ZTE yeni cihazını 2017-ci ilin sonunda satışa buraxacağını bildirib. Qiymət isə 725 Amerika dollarındanbaşlayacaq.

Mənbə: Milli.Az

PAYLAŞ