Professor Mövsümzadənin 80 yaşı tamam oldu

1308

AMEA Aşqarlar Kimyası Institutunun elmi işlər üzrə direktor müavini, “Yanacaqlara aşqarlar” laboratoriyasının müdiri, kimya üzrə elmləri doktoru, Əməkdar elm xadimi, professor Mövsümzadə Mirzə Məmməd oğlunun 80 yaşı tamam oldu. Yubileylə əlaqədar olaraq institutda Elmi Şuranın geniş iclası keçirilmişdir. Tədbiri giriş sözü ilə açan institutun direktoru akademik Vaqif Fərzəliyev professor Mövsümzadənin əsas istiqamətini yanacaqların istismar xassələrini yaxşılaşdıran aşqarların sintezi və tədqiqi təşkil edən elmi fəaliyyətindən danışmış, eyni zamanda yüksək ixtisaslı elmi kadrların hazırlanması sahəsində  uğurlu  fəaliyyətini də qeyd etmişdir.  Sonra o, yubilyara AMEA Kimya Elmləri Bölməsinin Fəxri Fərmanını təqdim edərək onu institutun bütün əməkdaşları adından təbrik etmiş, ona uzun ömr, cansağlığı  və elmi fəaliyyətində  müvəffəqiyyətlər  arzulamışdır.

Daha sonra tədbirdə iştirak edən qonaqlar: AMEA-nın vitse-prezidenti akademik Dilqəm Tağıyev, AMEA Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) direktoru akademik Vaqif Abbasov, NKPİ-nin direktor müavinləri, t.ü.e.d.Təranə Məmmədova, t.ü.e.d.Hikmət İbrahimov və k.ü.f.d. Nazim Əsədov, NKPİ-nin laboratoriya müdirləri, AMEA-nın müxbir üzvləri Hafiz Əlimərdanov və Ziyafəddin Əsədov, Validə Ibrahimova, AMEA Qeyri-üzvi Kimya və Kataliz İnstitutunun direktor müavini, müxbir üzv  Məhəmməd Babanlı,  Kimya Prolemləri jurnalının redaktoru, k.ü.e.d. Akif Əliyev, AMEA Polimer Materialları İnstitutunun (PMİ) direktoru, müxbir üzv Bəxtiyar Məmmədov, müxbir üzv Abbasqulu Quliyev və k.ü.f.d.Məhruzə Satirova k.ü.e.d., Bakı Dövlət Universitetinin professoru Ülviyyə Həsənova, AKI-nin professorları Həqiqət Cavadova,  Fikrət Quliyev və Sabir Məmmədov yubilyarı səmimi qəlbdən təbrik etmiş, ona ən xoş arzularını bildirmişlər.

PAYLAŞ