Koronavirusla yoluxmaya kömək edən hava şəraiti məlum oldu

743

Çinli alimlər koronavirusun COVID-19 infeksiyası hallarının yarıdan çoxunun havanın istiliyinin 5-15 dərəcəyə çatdığı yerlərdə meydana gəldiyini müəyyən etdi. Bu barədə “Sinxua” Agentliyi məlumat yayıb.

Tədqiqatçılar yanvarın 21-dən mayın 6-dək dünyanın 185 ölkəsində 3.75 milyon təsdiqlənmiş koronavirus infeksiyası barədə məlumatları təhlil etmiş, yoluxmanın təxminən 60 faizinin havanın sıfırdan yuxarı, lakin 20 dərəcədən aşağı olduğu hallara təsadüf etdiyini bildirmişlər. Bundan əlavə, COVID-19-la yoluxma hallarının 73,8 faizinin mütləq rütubətinin hər kub metri üçün 3-10 qram olan bölgələrdə cəmləşdiyini göstərmişlər.

Tədqiqatın nəticələri koronavirusun əsasən mülayim enliklərdə yayıldığını və ətrafdakı, o cümlədən səthlərdə viral hissəciklərin sayının artdığı optimal hava şəraitində olduğunu göstərir. Alimlər xəbərdarlıq edirlər ki, 2020-ci ilin payızında böyük şəhərlərdə koronavirusun yayılması təkrarlana bilər.

PAYLAŞ