Aşqarlar Kimyası İnstitutunda magistrantların yay imtahan sessiyası başlayıb

195

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun “Üzvi kimya” ixtisası üzrə təhsil alan I kurs magistrantlarının yay imtahan sessiyası başlayıb.

İnstitutun Təhsil şöbəsindən verilən məlumata əsasən, 1 ay davam edən sessiyanın ikinci yarım ilində tədris olunan 7 fənn əsasında magistrantların yekun biliyi qiymətləndiriləcək. Həmin fənnlərdən 3-ü – fəlsəfə, psixologiya və pedaqogika mərkəzləşdirilmiş formada Mərkəzi Elmi Kitabxanada, qalan 4 ixtisasla bağlı fənn (Üzvi kimyanın nəzəri məsələləri, Üzvi kimyada fiziki-kimyəvi tədqiqat üsulları, Sterokimya, Zərif üzvi sintez II) üzrə isə AKİ-nin özündə tədrisi həyata keçirən müəllimlər tərəfindən keçiriləcək.

Magistrantlar yay sessiyasının ilk imtahanını “Üzvi kimyanın nəzəri məsələləri” fənnindən verdilər. Yazılı şəkildə 2 saat müddətində 5 sualı cavablandıran magistrantların bilikləri əla qiymətləndirilib.

Magistrantların yay imtahan sessiyası 5 iyul 2023-cü il tarixində başa çatacaq.

PAYLAŞ