2024-cü ilin kimya üzrə Nobel laureatlarının adları açıqlandı

68

Oktyabrın 9-da İsveç Nobel Mükafatları Komitəsi tərəfindən 2024-cü ilin kimya üzrə Nobel laureatlarının adları elan olunub.

“Azərbaycan müəllimi” xəbər verir ki, Komitənin qərarı ilə kimya üzrə Nobel mükafatına “hesablamalı zülal dizaynına görə” Vaşinqton Universitetindən David Baker, “zülal strukturunun proqnozlaşdırılmasına görə” britaniyalı alimlər Demis Hassabis və Con M.Jumper layiq görüülblər. Mükafatın yarısı D.Bakerə veriləcək, digər hissəsi Demis Hassabis və Con M.Jumper arasında bölüşdürüləcək.

Oktyabrın 10-da ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli olacaq. Oktyabrın 11-də sülh və nəhayət, oktyabrın 14-də iqtisadiyyat elmləri üzrə Nobel mükafatı qaliblərinin adları elan olunacaq.

Qeyd edək ki, mükafatın təqdimat mərasimi dekabrın 10-da İsveçin və Norveçin paytaxtlarında Alfred Nobelin doğum günündə keçiriləcək.

PAYLAŞ