Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru Türkiyənin aparıcı universitetlərində elmi ezamiyyətdə olmuşdur

38

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru, k.e.d., professor Əfsun Sucayev 23-27 noyabr 2024-cü il tarixlərində müştərək beynəlxalq əməkdaşlıq çərçivəsində Türkiyənin aparıcı universitetləri olan Orta Doğu Texnik və Bartin universitetlərində elmi ezamiyyətdə olmuşdur. Adıçəkilən universitetlərin kimya və biokimya bölümlərində keçirilən görüşlər zamanı indiyə qədər birgə aparılmış tədqiqatların mühüm nəticələri müzakirə olunmuş və növbəti ildə yerinə yetirilməsi nəzərdə tutulan perspektiv işlərin planı müəyyənləşdirilmişdir.

Ə.Sucayev ezamiyyət müddətində üzvi və biokimya elmi-tədqiqat laboratoriyalarında tətbiq olunan yeni sintez və analiz üsulları ilə yaxından tanış olmuşdur.

PAYLAŞ