Google korporasiyasının etika məcəlləsindən “Qəddar olma” kimi tərcümə edilən məşhur maddə yox olub.
Bu maddə 18 il əvvəl şirkətin mühəndisi Pol Bakhayt tərəfindən təklif edilmişdi.
Vistanews.ru portalının məlumatına görə, 2018-ci ilin aprelində “Qəddar olma” ifadəsi şirkətin veb saytında yerləşdirilən mətndən itib.
Beləliklə, Google rəsmi olaraq işçilərinə “Qəddar olmaq” səlahiyyəti vermişdir.
“Federal Xəbər Agentliyi” nin qeyd etdiyi kimi, işçilərin davranışı üçün bu tələbin yox olması, ehtimal ki, 2015-ci ildə şirkətin Aplhabet xoldinqinin tabeliyinə keçməsi ilə bağlıdır. Onda şüar “Düzgün hərəkət et” ifadəsinə dəyişdirildi.
Mayın 17-də Google şirkətinin məxfilik siyasətini dəyişdirdiyi haqqında məlumat verildi. İndi qurğular və istifadəçi tərəfindən yaradılan və ya Şəbəkəyə yüklənən məlumatlar haqqında bütün informasiya toplanacaq və saxlanacaqdır.