Google şirkəti işçilərinin “qəddar olmalarına” rəsmi icazə verib

1626

Google korporasiyasının etika məcəlləsindən “Qəddar olma” kimi tərcümə edilən məşhur maddə yox olub.

Bu maddə 18 il əvvəl şirkətin mühəndisi Pol Bakhayt  tərəfindən təklif edilmişdi.

Vistanews.ru portalının məlumatına görə, 2018-ci ilin aprelində “Qəddar olma” ifadəsi şirkətin veb saytında yerləşdirilən mətndən  itib.

Beləliklə, Google rəsmi olaraq işçilərinə “Qəddar olmaq” səlahiyyəti  vermişdir.

“Federal Xəbər Agentliyi” nin qeyd etdiyi kimi, işçilərin davranışı üçün bu tələbin yox olması, ehtimal ki, 2015-ci ildə şirkətin Aplhabet xoldinqinin tabeliyinə keçməsi ilə bağlıdır. Onda  şüar “Düzgün hərəkət et” ifadəsinə dəyişdirildi.

Mayın  17-də  Google şirkətinin məxfilik  siyasətini dəyişdirdiyi haqqında məlumat verildi. İndi qurğular və istifadəçi tərəfindən yaradılan və ya Şəbəkəyə yüklənən məlumatlar haqqında bütün informasiya toplanacaq və saxlanacaqdır.

PAYLAŞ