ABŞ-da yeni vergilərə görə Apple texnikasının qiymətində artım gözlənilir

2094

Dünyanın ən gəlirli şirkəti olan Apple  Çin zavodllarında istehsal  edilən  bəzi  məhsullarının qiymətini qaldıracağını açıqladı. Xüsusilə, artım məşhur Apple Watch “ağıllı” saatına, AirPods  və  Beats qulaqlıiqlarına və, Mac mini kompüter, Apple Pencil stilusu,  smart HomePod kolonkalarıı, AirPort və Time Capsule routerləri, siçan Magic Mouse və Magic Trackpad, iPhone və iPad üçün örtüklər, müxtəlif adapterlərin qiymətlərinə təsir edəcək.

Məcburi qiymət artımının səbəbi ABŞ hökumətinin ölkə ərazisindən kənarda malların istehsalı üzrə vergilərin artırılması qərarı ilə bağlıdır. Artıq $ 50 milyard dollar dəyərli məhsullar üçün tarif dərəcələri müəyyənləşdirilmişdir. Son mərhələdə Apple şirkətinin $200 milyardlıq  başqa məhsullarının qiymətləri müəyyən olunacaq.

Bu yaxınlarda  ABŞ prezidenti Donald Trump 267 milyard dollar həcmində xarici istehsalata vergilərin tətbiq olunacağını açıqlayıb. Analitiklərin fikrincə, bu  sərt  tədbir istehlak mallarının bütün kateqoriyalarına tətbiq olunacaq. Baş verənlər artıq fond birjasında öz əksini tapmışdır: əvvəl 1%-dək artmış  Apple səhmləri  artım xəbərindən sonra  0,8%-ə enib.

PAYLAŞ