ABŞ hökuməti böyük miqdarda COVID-19 həbləri sifariş etdi

728

Merck Əczaçılıq Şirkəti, koronavirusun müalicəsi üçün yeni bir dərmanın üçüncü mərhələ sınaqlarını başa çatdırıb və indi onun istifadəsi üçün təsdiq almağa hazırlaşır. ABŞ hökuməti fəal olaraq artıq 1,7 milyon tam kurs üçün həb göndərilməsini sifariş etmişdir. Dərman molnupiravir adlanır.

Molnupiravir koronavirus pandemiyasından bir neçə il əvvəl RNT viruslarına qarşı universal vasitə kimi – ilk növbədə qriplə mübarizə üçün hazırlanmışdı. 2019-cu ilin sonunda dərman klinik sınaqlara hazır idi, lakin SARS-CoV-2-nin ortaya çıxması alimləri dərmanı yenidən işləməyə məcbur etdi. Yeni versiya 2020-ci ilin may ayına qədər alınmışdı və Merck 20 ölkədə keçirilən sınaqların ikinci mərhələsini oktyabr ayına qədər başlamaq üçün çox çalışdı.

Bir il sonra, 2021-ci ilin avqustunda müstəqil komissiya tam müvəffəqiyyətə nail olunduğunu nəzərə alaraq testləri dayandırmaq qərarına gəldi. Sübut olunmuşdur ki, COVID-19 əlamətləri aşkar olunduqdan  sonra ilk beş gün ərzində molnupiravir tabletlərinin qəbulu xəstəliyin ağır keçmə riskini 50% azaldır. Ən vacibi odur ki, heç bir ölümcül hadisə qeydə alınmamışdır və dərmanın özü, inyeksiya əvəzinə həblər əksər xəstələr tərəfindən müsbət qarşılanır.

Molnupiravirin təsir  prinsipi virus genlərinin təkrarlanma mexanizminə müdaxilə edilməsinə əsaslanır ki, bu da onun çoxalmasını xeyli çətinləşdirir və immunitet sisteminə infeksiyanın öhdəsindən gəlmək şansı verir. Dərmanın  müəllifləri etiraf edirlər ki, orqanizmin özünün hüceyrələrinə mənfi təsir riski var, lakin tədqiqat zamanı heç bir yan təsir aşkar edilməyib. Beş günlük molnupiravir kursunun 700 dollara başa gələcəyi planlaşdırılır, lakin Merck yoxsul ölkələr üçün daha ucuz analoq hazırlayacağını vəd edir.

PAYLAŞ