Akademik Həmkarlar İtttifaqı Konfederasiyasının Fəxri Fərmanına layiq görülüb

131

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Baş direktoru akademik Vaqif Fərzəliyev “27 Mart – Elm günü” ilə əlaqədar Azərbaycan Həmkarlar İtttifaqı Konfederasiyasının Fəxri Fərmanı ilə təltif edilib. Alimə bu təltif “27 Mart – Elm gününə həsr olunmuş “Azərbaycan Milli Elmlər Akademiyası: yeni mərhələ və müasir vəzifələr” adlı tədbirdə təqdim edilib.

V.Fərzəliyev rəhbərlik etdiyi İnstitutda Azərbaycan elminin dünya elminə inteqrasiyası, əldə edilən yüksək elmi nailiyyətlərin ölkə iqtisadiyyatının inkişafına və müdafiə qüdrətinin artırılmasına yönəldilməsində, eyni zamanda yüksək ixtisaslı kadr hazırlığına verdiyi mühüm töhfələrə görə Fəxri Fərmana layiq görülüb.

PAYLAŞ