AKİ-də yubiley tədbiri keçirildi

1677

AMEA Aşqarlar Kimyası Institutunun “Aşqar və sürtkü kompozisiyaları” laboratoriyasının müdiri, texnika üzrə elmləri doktoru, professor Cavadova Həqiqət Əliəşrəf qızının 80 yaşı tamam oldu. Yubileylə əlaqədar olaraq institutda Elmi Şuranın geniş iclası keçirilmişdir. Tədbiri giriş sözü ilə açan institutun direktoru akademik Vaqif Fərzəliyev professor Cavadovanın əsas istiqamətini xalq təsərrüfatı əhəmiyyətli tədqiqatlar, o cümlədən üzvi birləşmələrin sürtkü yağlarında aşqar kimi tədqiqi və onlar əsasında müxtəlif növ müasir motor yağlarının yaradılması təşkil edən elmi fəaliyyətindən danışmış, eyni zamanda yüksək ixtisaslı elmi kadrların hazırlanması sahəsində, institutun ictimai həyatında  uğurlu  fəaliyyətini də qeyd etmişdir.  Sonra o, yubilyara AMEA Kimya Elmləri Bölməsinin Fəxri Fərmanını təqdim edərək onu institutun bütün əməkdaşları adından təbrik etmiş, ona uzun ömr,  cansağlığı  və elmi fəaliyyətində  uğurlar arzulamışdır.

Daha sonra  institutun elmi işlər üzrə direktor müavini, professor M.Mövsümzadə, elmi katib  baş elmi işçi M.Səfərova, şöbə müdiri N.Mirsəlimova, professor P.Məmmədova, baş elmi işçi D.Həsənov, professor F.Məmmədov, böyük elmi işçi E.Nağıyeva, dosentlər Ə.Sucayev, B.Musayeva, Y.Pişnamazzadə, N.Əliyev  professor Cavadovanı təbrik etmiş, ona ən xoş arzularını bildirmişlər.

 

 

PAYLAŞ