Alimlər “COVID-19” infeksiyasının telefonla diaqnostikası üçün proqram hazırlayıblar

779

Avstriyalı alimlər tərəfindən hazırlanmış kompüter proqramı istifadəçinin təsvir etdiyi simptomlara görə “COVID-19” və başqa xəstəliklərə diaqnoz qoya bilir.

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, yeni proqramın yaradıcıları “Nature” jurnalında dərc edilmiş məqalədə koronavirus pandemiyası fonunda “qaynar xətt”ə müraciətin həddindən çox olmasını bildiriblər. Onlar tərəfindən hazırlanmış “Simptom” adlı səs assistenti xəstənin səs yazısını 36 dildə başa düşür və 20 mindən çox xəstəliyə diaqnoz qoya bilir.

Tərtibatçıların iddiasına görə, çat-botun koronavirus infeksiyasını aşkar etmək dəqiqliyi 96%-dən yüksəkdir. Süni intellekt koronavirus infeksiyasının əlamətlərini quru öskürək, qızdırma və ya “COVID-19” daşıyıcısı ilə təmasla bağlı şikayətlərə görə qiymətləndirir.

 

Emil Hüseynov

 

PAYLAŞ