Alimlər təkrar yoluxmamış insanlarda koronavirusa qarşı anticismlərin orta ömrünü hesabladılar

506
İspan alimləri, koronavirusa qarşı anticismlərin insan orqanizmində nə qədər qalacağını müəyyənləşdirmişlər. Söhbət hər-hansı bir formada COVID-19 keçirmiş insanlardan gedir.
Araşdırmanın nəticələrinə görə, COVID-19-a qarşı hüceyrə immuniteti 7 ay ərzində sabit olaraq qalır. Eyni zamanda, soyuqdəyməyə səbəb olan koronaviruslara qarşı immunitet COVID-19-la mübarizə apararkən müdafiə mexanizmləriniinkişaf etdirə bilər.
Tədqiqat zamanı xəstəliyin təkrar ötürülməsi müşahidə olunmamışdı. Xəstələrin 75% -ində, xəstəliyin başlanğıcından 5 ay ərzində anticismlərin artdığı qeyd edilmişdi. Söhbətin konkret olaraq hansı ştamdan getdiyi araşdırmada göstərilmir.
PAYLAŞ