Alimlər ilk dəfə ağ ciyər toxumasını bərpasına müvəffəq olmuşlar

5006

Kök hüceyrələri ilə müalicə tibbi təcrübədə getdikcə daha çox istifadə olunur. Belə ki,  Çinin Tonji Universitetindən alimləri  qrupu nəinki məlum texnologiya üçün yeni istifadə sahəsi tapmış, həmçinin tibb sahəsində kiçik sıçrayış etmişdir: onlar ilk dəfə olaraq zədələnmiş ağciyər toxumasını bərpa etməyə müvəffəq olmuşlar. Məlumdur ki, bu toxumanın regenerasiya qabiliyyəti çox aşağı səviyyədədir.

EurekAlert nəşrinin yazdığına görə, hələ 2015-ci ildə  Prof. Wei Tzuo həmkarları ilə birgə siçanın ağciyər toxumasından p63+/Krt5+ kök hüceyrələrini ayırmışdı. Bu hüceyrələr ağ ciyər toxumaları və struktur elementlərini yüksək səviyyədə  bərpa etmək qabiliyyətinə malikdir. Sonrakı  təcrübələr zamanı tədqiqatçılar aşkar etdilər  ki,  SOX9 + nişanı ilə qeyd olunmuş hüceyrələr nəinki gəmiricilər, həm də insanlarda kök hüceyrələri kimi çıxış edə bilir.Bu fərziyyəni təsdiq etmək üçün alimlər siçanın immunçatışmazlığı virusu ilə yoluxmuş zədəli ağ ciyərinə  SOX9 + nişanlı insan kök hüceyrələrini transplantasiya etmişdi. Hüceyrələrin transplantasiyasından 3 həftə sonra yaralanma yerində yeni bir ağciyər toxuması meydana gəlmişdi. Beləliklə,  güman etmək olar ki, insanların kök hüceyrələrinin özlərinə köçürülməsi də oxşar təsir göstərəcək. Gəmiricinin hüceyrə toxumasının histoloji təhlili göstərdi ki, onun toxuması ətrafında yaranan yeni hüceyrə strukturları məhz insan kök hüceyrələrindən əmələ gəlir. Bundan əlavə, yeni meydana çıxan toxuma orqanı qidalandıran və funksiyasını yaxşı yerinə yetirən yeni damarlarla dəlinmişdir. Siçanların arterial qanının təhlili göstərir ki, onlarda ağciyər qazının mübadiləsi funksiyası kifayət dərəcədə bərpa edilmişdir.

2016-cı ilin sonunda dərin toxuma zədələnməsi və bronxopulmonal sistemi işinin pisləşməsi ilə xroniki ağciyər xəstəliyindən əziyyət çəkən  iki könüllüyə onların SOX9 + nişanlı  kök hüceyrələri transplantasiya edildi. Yenilənmə prosesi 3 ay davam etdi və bu müddət ərzində heç bir əlavə təsir göstərmədi. Sonra bir il ərzində xəstələr müşahidə olundu və bütün lazımi testlər keçirildi. 2017-ci ilin sonunda xəstələr müayinə  olundular. Təcrübə iştirakçıları vəziyyətlərinin yaxşılaşdığını söylədilər- öskürək və nəfəs darlığı keçdi,  tomoqrafiya isə  bronxlar və ağciyər toxumasının strukturunun əhəmiyyətli  dərəcədə bərpa olunduğunu göstərdi.

https://hi-news.ru/medicina/uchenym-vpervye-udalos-vossozdat-legochnuyu-tkan.html

PAYLAŞ