Alimlər koronavirusa qarşı immunitetin olma müddətini açıqladılar

531

Euronews-ın verdiyi xəbərə görə, İnsbruk Tibb Universitetinin alimləri koronavirusa qarşı immunitetin olma müddətini açıqlayıblar. Alimlər 2020-ci ildə Avropada infeksiyanın mərkəzlərindən birinə çevrilən Işql xizək kurortunda geniş miqyaslı tədqiqat işi aparmışlar. Nəticədə birinci və ikinci tədqiqatlarda iştirak edənlərin 90%-də anticismlərin olduğu ortaya çıxmış, hüceyrə immuniteti testindən keçmiş respondentlərin 70%-nin hələ də hüceyrə fəallığına malik olduğu aşkar edilmşdir.

Mütəxəssislərin fikrincə, kollektiv immunitetin formalaşacağı gün  “skeptiklərin dediyi kimi o qədər də uzaq” deyil. Bununla yanaşı Virusologiya İnstitutunun (İnsbruk Tibb Universiteti) direktoru Doroteya fon Laer bunun üçün epidemioloji tədbirlərə riayət edilməli olduğunu vurğulamışdı: “Işql təcrübəsi ekstrapolyasiya edilərək daha geniş miqyasda tətbiq oluna bilərsə, sosial məsafənin saxlanılması, insana zərər verməyən bəzi tədbirlər və peyvənd olunma şəraitində əhalinin 40-50% normal gündəlik həyata qayıda bilər ”.

PAYLAŞ