AMEA akad. Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutu vakant olan aşağıdakı elmi işçi vəzifələrinin tutulması üçün müsabiqə elan edir:

1869
  1. “Mühafizəedici aşqarlar” laboratoriyası üzrə

aparıcı elmi işçi – 1 yer

  1. “Aşqarların sintezi və təsir mexanizminin nəzəri əsasları” laboratoriyası üzrə

böyük elmi işçi – 1 yer

Müsabiqə 29 may 2019-cu il tarixdə AMEA Aşqarlar Kimyası İnstitutunun Elmi Şurasında keçiriləcək.

Müsabiqədə kimya üzrə elmlər doktoru və ya fəlsəfə doktoru elmi dərəcəsi                    olan elmi işçilər və ya bu ixtisas üzrə təcrübəli mütəxəssislər iştirak edə bilərlər.

Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq elan dərc edilən gündən 1 ay müddətinə aşağıdakı ünvana təqdim edilməlidir (Sənədlərin qəbul edilməsinə məsul şəxs: elmi katib Səfərova Mehparə Rəsul qızı).

__________________________________________________

AZ 1029, Bakı şəhəri, Böyükşor şosesi, 2062-ci məhəllə.

Telefonlar: 514-96-51, 514-98-74, email: aki05@mail.ru

 

PAYLAŞ