AMEA AKI-nin gənc mütəxəssisləri “Gənc alimlərin yay düşərgəsi”ndə iştirak etdilər

456

AMEA akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun kicik elmi işcisi, dissertant, eyni zamanda Gənc Alim və Mütəxəssislər Şurasının sədri Günay İsmayılova və böyük laborantı, Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini Nuridə Məmmədova 6-11 avqust 2022-ci il tarixlərində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Lənkəran Olimpiya İdman Kompleksində “Gənc alimlərin yay düşərgəsi”ndə iştirak etmişlər.

Düşərgə müddətində gənclər üçün “Tənqidi düşüncə”, “Beynəlxalq təqaüdlər”, “Gənc alimlərin fərdi və intelektual inkişafı”, “Təqdimat bacarıqlarının təkmilləşdirilməsi”, “Akademik tədqiqatların nəticələrinin elmimetrik bazalarda işıqlandırılması” və s. bu kimi mövzularda təlim, mühazirə, seminar, debat, ustad dərsləri, eləcə də elmi-əyləncəli, intelektual oyunlar və idman yarışları keçirilmişdir. Tədbirin təşkilində əsas məqsəd dünyada və Azərbaycanda fundamental elmin, akademik tələblərin, milli ənənələrin inkişafını gücləndirmək, gənclərin multidissiplinar inteqrasiyasını təmin etmək, fərdi, institusional və intellektual inkişafına təkan vermək, elmin tədqiqat, innovasiya, müasir mühəndislik və təhsildə rolunu müəyyənləşdirməklə əylənərək öyrənmək olub.

Düşərgədə keçirilən idman yarışlarında Gənc Alim və Mütəxəssislər Şurasının sədri Günay İsmayılova voleybol üzrə komanda şəklində I yer, böyük laborant, Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini Nuridə Məmmədova isə qacış üzrə IV yer tutmuşlar. Sonda düşərgədə iştirak etdiklərinə görə onlar sertifikata layiq görülmüşlər.

PAYLAŞ