AMEA Aşqarlar Kimyası İnstitutnun ictimai təşkilatları birgə tədbirlər həyata keçirəcəklər

1451

Azərbaycan Milli Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutunda fəaliyyət göstərən ictimai təşkilatlar – YAP İlk Ərazi Təşkilatı, Gənc Alim və Mütəxəssislər Şurası, Azad Həmkarlar Təşkilatı və Qadınlar Şurası birgə elmi və ictimai fəaliyyət planı hazırlayıblar. İnstitutun ictimayyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbirlər planında beynəlxalq, respublika və institut əhəmiyyətli elmi marifləndirmə seminarları, gənc alim və mütəxəssislər üçün elmə həvəsləndirmə müsabiqələri, AKİ alim və mütəxəssislərin asudə vaxtlarının səmərəli təşkili, nəşr fəaliyyəti və AKİ-nin elmi fəaliyyətinin və nailiyyətlərin ictimailəşdirilməsi, eləcə də anım və yubiley tədbirləri nəzərdə tutulub.

Məlumatda deyilir ki, Tədbirlər planına uyğun olaraq il ərzində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunan “Elm, təhsil və istehsalatın vəhdəti” mövzusunda seminar, “AKİ-də real iqtisadiyyata töhfə verə bilən patentlərin tətbiq imkanları” mövzusunda interaktiv müzakirənin keçirilməsi, AKİ-nin aparıcı alimlərinin ali və orta məktəblərdə “ustad dərs”lərinin, orta məktəblərdə “Kimya fənn gecə”sinin təşkili, orta məktəblərdə “Bu günün şagirdi, sabahın alimi” layihəsi çərçivəsində “əyləndirici və öyrədici elmi təcrübələr”in nümayişi, AMEA Aşqarlar Kimyası İnstitutu və ayrı-ayrı laboratoriyaların elmi-ictimai fəaliyətinin populyarlaşdırılması üçün video çarxın hazırlanması və sair kimi işlər yerinə yetiriləcək.

 

PAYLAŞ