AMEA Aşqarlar Kimyası İnstitutu alimlərinin xarici həmkarları ilə əldə etdiyi nəticələr yeni dərman maddələrinin yaradılmasına kömək edə bilər

1164

Azərbaycan Milli Elmlər Akademiyası akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutu ilə Rusiya Elmlər Akademiyası Sibir Bölməsinin akademik A.Favorski adına İrkutsk Kimya İstitutu alimlərinin müştərək beynəlxalq tədqiqatları çərçivəsində mühüm elmi nəticələr əldə olunmuşdur. İnstitutdan verilən məlumata görə, “Bəzi heterotsiklik birləşmələr” laboratoriyası alimlərinin sintez etdikləri yeni maddələrin digər türk həmkarlarla fizioloji fəallıqları ətraflı tədqiq edilmişdir. Xüsusən, bu maddələr içərisində dərman potensialına malik olan azot, fosfor, selenium və kükürd ehtiva edən 6 birləşmələrin  metabolik fermentlərə qarşı güclü inhibitorlaşma fəallığı nümayiş etdirdiyi məlum olmuşdur. Bu nəticələr bu qlaukoma, Alzeymer və diabet daxil olmaqla bəzi qlobal xəstəliklərin müalicəsində yeni dərmanların yaradılmasına kömək edə biləcəyinə əminlik yaradıb. Artıq bu mühüm elmi nəticə məqalə şəklində beynəlxalq bazada referatlaşdırılmış nüfuzlu “Bioorganic chemistry” nüfuzlu xarici jurnalda birgə müəllifliklə (https://doi.org/10.1016/j.bioorg.2020.104171) dərc olunub.

Məqalə azot, fosfor, selenium və kükürd ehtiva edən yeni birləşmələrin sintezi və onların ferment və izovermentlər üzrə inhibitorlaşma xüsusiyyətlərinin təyinin qiymətləndirilməsində yeni yanaşmalara həsr olunmuşdur.

Məlumat üçün bildirək ki, “Web of Science” bazasına daxil olan dünyaca məşhur “Elsevier” nəşriyatının nüfuzlu jurnallarından biri hesab olunan“Bioorganic chemistry”nin impakt faktoru 4.831-dir. Biokimya, farmakologiya, tibbi və molekulyar biologiya sahəsində ixtisaslaşmış bu jurnal tibb, kimya və biologiyanın multidissiplinar tədqiqatları ilə bağlı mühüm nəticələri mütəmadi olaraq yayımlayır.

PAYLAŞ