AMEA Aşqarlar Kimyası İnstitutu Azərbaycan Britaniya Kollecində Bilik sərgisində məktəblilərə dəstək verib

1933

18 Dekabr 2018-ci il tarixində Azərbaycan Britaniya Kollecində Dördüncü Bilik Sərgisi (The 4th Science Fair) təşkil olunmuşdur. SOCAR Ekologiya Departamenti, STEM təhsil mərkəzi, AREA –Azərbaycan Robotexnika Mühəndisliyi akademiyası ilə yanaşı AMEA Aşqarlar Kimyası İnstitutu da öz stendi ilə şagirdlərə dəstək olmuşdurlar. İnstitutun I kurs magistrantları – Lalə Əliyeva, Nərgiz Məcdi və mühəndisi Mir Əli İsakov şagirdlər üçün əyləncəli təcrübələr nümayiş etdirmişlər.

Həmçinin “Təkrar Emal” mövzusunda bir-birindən maraqlı layihələrlə çıxış edən yuxarı sinif şagirdləri digər beynəlxalq məktəblərin də iştirak etdiyi Bilik Sərgisində yarışmışlar. İnstitutun “Aşqarların sintezi və təsir mexanizminin nəzəri əsasları” laboratoriyasının müdiri, dosent Əfsun Sucayevin elmi rəhbərliyi ilə hazırlanan Bakı şəhəri Nizami rayonu 251 saylı məktəbin 11-ci sinif şagirdi Cavad Cəbrayılov və Rəsul Cəbrayılovun nümayiş etdirdiyi layihə ekolologiya mövzusu nominasiyasında gümüş medala layiq görülmüşdür. Qalib sertifikat və medallarla mükafatlandırılmışdır.

İnstitutun elmi işçisi Səbiyə Osmanova bu müsabiqədə ekspert (juri üzvü) kimi layihələrin qiymətləndirilməsinə cəlb olunmuşdur.

 

PAYLAŞ