AMEA Aşqarlar Kimyası İnstitutu SOCAR Türkiyə şirkəti ilə birgə elmi innovativ fəaliyyətin perspektivlərini müzakirə ediblər

428

Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutunda Bakıda keçirilən TEXNOFEST Festivalında iştirak edən SOCAR Türkiyə Tədqiqat-İnkişaf və İnnovasiya şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə SOCAR Türkiyə tərəfdən baş direktor Dr. Bilal Quliyev, Dr. Ayhan Ezdeşir və Bikə Paşayeva iştirak ediblər.

Aşqarlar Kimyası İnstitutun baş direktoru akademik Vaqif Fərzəliyev rəhbərlik etdiyi elmi müəssisəsnin elmi innovativ fəaliyyəti haqqında geniş məlumat verib.

Azərbaycanda işgüzar səfərdə olan nümayəndə heyəti ilə keçirilən görüşdə tərəflər arasında əməkdaşlıq imkanları müzakirə edilib, qarşılıqlı əlaqələrin yaradılmasının əhəmiyyəti vurğulanıb. Birgə əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi və əlaqələrin qurulması istiqamətlərində aparılan danışıqlar zamanı hər iki tərəfin gördüyü fundamental və tətbiqi işlərdən bəhs edilib, ortaq maraq doğuran sahələr üzrə elmi əməkdaşlıq və gələcək inovativ planlar təhlil edilərək ətraflı fikir mübadiləsi aparılıb. Sonda birgə elmi inovativ fəaliyyətin təşkilinə qərar verilib.

Müzakirələrdə İnstitutun icraçı direktoru k.e.d.. dosent Əfsun Sucayev, elmi katib Mehparə Səfərova, laboratoriya müdirləri tex.e.d., professor Həqiqət Cavadova, k.e.d., professor Pərvin Məmmədova və digərləri iştirak ediblər.

 

PAYLAŞ