AMEA Aşqarlar Kimyası İnstitutunda Beynəlxalq Ailələr Günü qeyd edilib

925

06 may 2021-ci il tarixində AMEA Aşqarlar Kimyası İnstitutunun Qadınlar Şurasının təşkilatçılığı ilə 15 may Beynəlxalq Ailə Gününə həsr olunan tədbir keçirilib. Şuranın sədri professor Həqiqət xanım Cavadova çıxış edərək bildirib ki, hər il 15 may tarixində Beynəlxalq Ailə Günü qeyd olunur. Bu tarix 1993-cü ildə BMT Baş Məclisi tərəfindən elan edilmiş və beynəlxalq birliyin ailələrə verdiyi diqqət və qayğını özündə tərənnüm edir.

Şura sədri vurğulayıb ki, Azərbaycanda ailə bütün zamanlarda cəmiyyətimizin ən müqəddəs təməl daşı hesab olunub: “Başqa sözlə Azərbaycan cəmiyyətində ailə hər zaman müqəddəs sayılıb. Bu gün ölkəmizdə ailə cəmiyyətin əsas özəyi kimi dövlətin xüsusi himayəsindədir və dövlət öz siyasətində ailənin sosial müdafiəsi, gənc ailələrə qayğını əsas tutur. Bütün bunlar bir daha sübut edir ki, ailə Azərbaycan dövləti, Azərbaycan cəmiyyəti üçün həmişə müqəddəsdir. Dövlətimiz cəmiyyətin əsas atributu olan ailənin rifah halının gündən-günə daha da artmasının qayğısına qalmaqla onun müqəddəsliyini bir daha təsdiq etmişdi”.

Tədbirdə laboratoriya müdiri Minaxanım Musayeva və digər şəxslər çıxış etmiş, Beynəlxalq Ailə Gününün əhəmiyyəti haqqında öz fikirlərini bölüşmüşlər.

PAYLAŞ