AMEA Aşqarlar Kimyası İnstitutunda laboratoriya və şöbələrin 2018-ci il üzrə illik hesabatları dinlənilib

1717

12 -20 noyabr 2018-ci il tarixlərində AMEA Aşqarlar Kimyası İnstitutunun (AKİ) Elmi Şurasında keçirilən iclaslar bu elmi müəssisənin 14 lаbоrаtоriyа, 6 şöbə və mоtоr-sınаq stаnsiyаsı, eləcə də «Аşqаr» Təcrübi İstehsаlı ilə Xüsusi Texnоlоji Büronun («Аşqаr» Tİ ilə XTB) cari ilin yekunlarına həsr olunan hesabatlarının dinlənilməsinə həsr olunub. İnstitutun direktoru, akademik Vaqif Fərzəliyev giriş nitqi ilə çıxış edərək, istər yüksəkixtisaslı və magistr kadr hazırlığı, istərsə də yüksək impakt faktorlu nüfuzlu jurnallarda məqalə çapı və qrant layihələrində iştirak baxımından bu dəfəki hesabat ilinin İnstitut həyatında məhsuldar olduğunu diqqətə çatdırıb. O, ümumilikdə bu il institut əməkdaşlarından 2 nəfərin elmlər doktorluğu 1 nəfərin fəlsəfə doktorluğu, 1 nəfərin magistr dissertasiya işini müdafiə etdiyini, 2 nəfərin isə əsas müdafiə ərəfəsində olduğunu qeyd edib.

V.Fərzəliyev İnstitutun beynəlxalq əlaqələrinin də daha da inkişaf etdiyini, müştərək beynəlxalq tədqiqatların genişləndiyini, hazırda 3 müştərək beynəlxalq qrant layihəsi çərçivəsində birgə tədqiqatların aparıldığını və yüksək nəticələr əldə olduğunu vurğulayıb.

Akademik görülən işləri qənaətbəxş hesab etsə də, fundamental nəzəri-təcrübi və tətbiqi tədqiqatların bundan sonra da genişləndirilməsinin zəruriliyini diqqətə çatdırıb.

Sonra növbə ilə “Motor yağlarına çoxfunksiyalı aşqarlar” laboratoriyasının müdiri, k.e.d. Ə.Kazımzadə, “Mühərrik yağlarına yuyucu-dispersiyaedici aşqarlar” laboratoriyasının aparıcı elmi işçisi, k.ü.f.d. S.Vəliyeva, “Transmissiya və sənaye yağları üçün aşqar və aşqar kompozisiyaları” laboratoriyasının aparıcı elmi işçiləri – k.ü.f.d. N.Novotorjina, k.ü.f.d. B.Musayeva, k.ü.f.d. X.Əfəndiyeva, “Korroziya inhibitorları” laboratoriyasının müdiri, k.e.d., prof. F.Məmmədov, “Aşqarların texnologiyası” laboratoriyasının elmi işçisi K.Məmmədova, “Polimer aşqarlar” laboratoriyasının müdiri k.ü.f.d., dosent E.İsakov, “Yanacaqlara aşqarlar” laboratoriyasının aparıcı elmi işçisi k.ü.f.d., dosent Nüsrət Əliyev, “Yağlayıcı-soyuducu mayelərə aşqarlar” laboratoriyasının müdiri, k.e.d., prof. P.Məmmədova, “Aşqarların sintezi və təsir mexanizminin nəzəri əsasları” laboratoriyasının müdiri, k.ü.f.d., dosent Əfsun Sucayev, “Üzvi birləşmələrin, aşqarların və sürtkü yağlarının analizi və fiziki-kimyəvi tədqiqi” laboratoriyasının müdiri k.e.d. M.Əliyeva, “Aşqar və sürtkü kompozisiyaları” laboratoriyasının müdiri, k.e.d., professor H.Cavadova, “Mühafizəedici aşqarlar” laboratoriyasının aparıcı elmi işçiləri – k.ü.f.d. Ş.Əliyev, k.ü.f.d. O.Nəbiyev, “Patent tədqiqatları və aşqarlar kimyası sahəsində elmi işlərin proqnozlaşdırılması” laboratoriyasının müdiri, k.ü.f.d. M.Musayeva, “Zərif üzvi sintez” laboratoriyasının müdiri, k.e.d., professor S.Məmmədov, Motor-sınaq stansiyasının rəizi B.Abdullayev, Aşqar» Təcrübi İstehsalı ilə Xüsusi Texnoloji Büronun direktoru, tex.ü.f.d., əməkdar mühəndis K.Kərimov, Standartlaşdırma şöbəsinin müdiri N.Mirsəlimova, Təhsil şöbəsinin müdiri k.e.d., professor R.Nəcəfova, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri  k.ü.f.d. İ.Eyvazova, Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Ə.Sucayev hesabat məruzələri ilə çıxış etdilər və sualları cavablandırdılar.

Sonda hər bir hesabata verilən rəylər dinlənildi və səsvermə ilə hesabatlar qəbul olundu.

 

 

PAYLAŞ