Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutunda təhsil alan II kurs magistrantlarının dissertasiya işlərinin ilkin müzakirəsi keçirilib. Pandemiya şəraitinə uyğun olaraq sosial məsafə gözlənilməklə keçirilən iclasda institutun elmi işlər üzrə direktor müavini, k.e.d., dosent Əfsun Sucayev, elmi katib, k.ü.f.d., b.e.i. Mehparə Səfərova, Təhsil şöbəsinin müdiri k.ü.f.d. Sədaqət Şamxalova, Korroziya inhibitorları laboratoriyasının aparıcı elmi işçisi, k.ü.f.d. Vəli Kazımov və həmin laboratoriyanın böyük elmi işçisi k.ü.f.d. Səbiyə Osmanovadan ibarət magistr müdafiə komissiyasının üzvləri, elmi rəhbərləri və müvafiq laboratoriya əməkdaşları iştirak ediblər.
İclasda 2020/2021-ci tədris ilində elmi-tədqiqat və elmi-pedaqoji təcrübələrini uğurla başa vurmuş “Üzvi kimya” ixtisası üzrə II kursda təhsil alan magistrantlar – Gülgün Abdullayeva və Leyla Vahidzadənin dissertasiya işləri ətraflı müzakirə olunub.
Magistrantlar dissertasiya işləri haqqında təqdimatla çıxış edərək yerinə yetirdikləri tədqiqatlar, əldə etdikləri mühüm nəticələr barədə ətraflı məlumat veriblər. Mövzu ilə bağlı müzakirələr aparılıb, gənc tədqiqatçılar onlara ünvanlanan sualları cavablandırıblar.
Sonda magistrantların dissertasiya işlərinin əsas müdafiəyə təqdim olunması məqəsəduyğun sayılıb.