AMEA Aşqarlar Kimyası İnstitutunda Mingəçevir məktəblisinin hazırladığı elmi layihə dünya gənclərinin beynəlxalq müsabiqəsində gümüş medala layiq görülüb

1151

25 dekabr 2020-ci il tarixində Türkiyənin İzmir şəhərində “BUCA IMSEF Beynəlxalq Elm Müsabiqəsi”nin qaliblərinin onlayn mükafatlandırılması tədbiri keçirilib. Bu beynəlxalq əhəmiyyətli elmi layihə müsabiqəsinə  qatılan dünyanın 24 ölkəsindən 74, Türkiyənin isə 27 şəhərindən 90 layihə sırasında final mərhələsinə vəsiqə qazanan Mingəçevir şəhəri Səməd Vurğun adına 16 nömrəli tam orta məktəbin şagirdi Raya Həsənli gümüş medala layiq görülüb.

Məlumat üçün bildirək ki, Raya Həsənli “Tullantıdan möcüzəyə” adlı layihəsini AMEA akad. Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda yerinə yetirmişdir. Onun elmi rəhbərləri İnstitutun elm işlər üzrə direktor müavini, kimya elmləri doktoru, dosent Əfsun Sucayev, elmi işçi Mirəli İsakov və Səməd Vurğun adına 16 nömrəli tam orta məktəbin direktoru Sevinc Həsənova olmuşdur. Layihənin mahiyyəti acı badamdan müalicəvi badam yağının alınması texnologiyasının yaradılmasından bəhs edirdi.

PAYLAŞ