AMEA Aşqarlar Kimyası İnstitutunda “Üzvi kimya” ixtisasından doktoranturaya qəbul imtahanı keçirilib

1640

AMEA-nın akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda 2018/2019 tədris ili üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul imtahanı keçirilib.

İmtahanda “Üzvi kimya” ixtisasları üzrə sənəd təqdim etmiş 1 nəfər iddiaçı iştirak edib.

Fəlsəfə doktoru hazırlığı üzrə doktorluq imtahanının keçirilməsi üçün institutda imtahan komissiyası yaradılıb. Komissiyanın sədri institutun direktoru, akademik Vaqif Fərzəliyev, üzvləri – elmi işlər üzrə direktor müavini, k.ü.e.d., prof. Mirzə Mövsümzadə, elmi katibi, k.ü.f.d. Mehparə Səfərova, Təhsil Şöbəsinin müdiri, k.ü.e.d., prof. Raya Nəcəfova, “Zərif üzvi sintez” laboratoriyasının müdiri, k.ü.e.d., prof. Sabir Məmmədov, “Korroziya inhibitorları” laboratoriyasının baş elmi işçisi, k.ü.e.d. Sabirə Sərdarova və “Aşqarların sintezi və təsir mexanizminin nəzəri əsasları” laboratoriyasının müdiri, Gənc Alim və Mütəxəssislər Şurasının sədri, k.ü.f.d., dosent Əfsun Sucayevdir.

2 saat davam edən imtahan müddətində iddiaçı 50 sualı cavablandırıb.

İmtahan uğurla başa çatıb.

PAYLAŞ