AMEA Aşqarlar Kimyası İnstitutunda Xocalı soyqırımına həsr olunan tədbir keçirilib

1384

Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutunda Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Soyqırım günü şəhid olan və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi ilə tədbiri açıq elan edən İnstitutn direktoru, akademik Vaqif Fərzəliyev bildirdi ki, Azərbaycan tarixinin qara hərflə yazılmış ən böyük faciəvi hadisələrdən birinin növbəti ildönümünü qeyd etməkdəyik: “Azərbaycan xalıqının XX əsrdə üzləşdiyi dəhşətli faciələrdən biri də Xocalı soyqrımıdır. insanlıq tarixinə düşmüş qanlı olaydır. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri, Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki erməni silahlı dəstələri, keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı şəhərini zəbt edərək, Azərbaycan xalqına qarşı soyqırım siyasətini həyata keçirmişdir”.

V.Fərzəliyev qeyd etdi ki, Xocalının işğalı zamanı bir gecədə dinc əhalidən 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıqla, işgəncələrlə öldürülmüşdür.

Bu günlərdə Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın debatını xatırladan akademik qarşı tərəfin hökumət başçısının min bir yalana əl ataraq bu insanlıq faciəsinin guya Azərbaycanlıların özü tərəfindən törədilməsini səsləndirməsini, bu yalana isə dövlət başçısı İlham Əliyevin real faktlarla cavab verməsini xüsusi qeyd etdi.

Tədbirdə çıxış edən elmi müəssisənin Azad Həmkarlar Təşkilatının sədri, k.ü.f.d., dosent Elxan İsakov Xocalı həqiqətlərindən danışıb, həmin faciəyə hüquqi-siyasi qiymətin verilməsində ümummilli lider Heydər Əliyevin rolunu, dünyada tanıdılmasında isə Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun birinci vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya ədalət” kampaniyası başlatması ilə əvəzsiz xidmətlərini vurğuladı.

Sonra institutun İnstitutn laboratoriya müdirləri, texnika elmləri doktoru, professor Həqiqət Cavadova, kimya elmləri doktoru, professor Fikrət Məmmədov və kimya elmləri doktoru, dosent Əfsun Sucayev faciə onun tanıdılması istiqamətində görülən və görülməsi vacib olan məsələlərdən danışdılar.

PAYLAŞ