AMEA Aşqarlar Kimyası İnstitutunda “Yaşat Fondu”na yardım etmək üçün könüllü ianə kampaniyası elan edilib

1006

Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda (AKİ) “Yaşat Fondu”na yardım etmək üçün könüllü ianə kampaniyası elan edilib. Bu haqda məlumat verən İnstitutun elmi işlər üzrə direktor müavini, YAP İdarə Heyətinin üzvü, dosent Əfsun Sucayevin sözlərinə görə, bu elmi müəssisənin YAP Ərazi Təşkilatı, Gənc Alim və Mütəxəssislər Şurası və Azad Həmkarlar İttifaqı üzvləri “Yaşat Fondu”na ianə etmək təklifi ilə rəhbərliyə müraciət etmişlər. Ona görə 01 iyun 2021-ci il tarixindən kampaniyaya start verilib. Bu təşəbbüsə demək olar ki, əksər əməkdaşlar qoşulublar. Bu günə qədər ianə edilən məbləğ 4500 AZN təşkil edir. Kampaniya  25 iyun 2021-ci il tarixinədək davam edəcək.

Məlumat üçün bildirək ki, bundan öncə AKİ əməkdaşları əmək haqlarından Silahlı Qüvvələrə Yardım Fonduna 44 gün davam edən Vətən Müharibəsi dövründə könüllü olaraq 14 210 AZN ianə etmişdilər.

PAYLAŞ