AMEA Aşqarlar Kimyası İnstitutunun alimlərinin məqaləsi ən çox istinad alan nüfuzlu elmi əsərlər sırasına daxil edilib

1320

AMEA Aşqarlar Kimyası İnstitutunun alimləri – akademik Vaqif Fərzəliyev, k.ü.f.d., dosent Oruc Nəbiyev və k.e.d., dosent Əfsun Sucayevin türk həmkarları ilə “Biokimyəvi və Molekulyar Toksikologiya” jurnalında () birgə dərc etdirdikləri məqalə 2018-ci ilin yanvarından 2019-cu ilin dekabrına qədər yayımlanan məqalələr arasında ən çox istinad alan nüfuzlu elmi əsərlər sırasına daxil edilib və müəlliflər sertifikata layiq görülüb.

Bu haqda “Wiley” nəşriyyatının məlumatında bildirilir ki, bu məqalə “Biokimyəvi və Molekulyar Toksikologiya” jurnalının son nəşr tarixində ən yaxşı sitat gətirilən elmi işlərdən biri olmaqla, haqqında danışılan jurnalın elmmetrik göstəricilərinin, o cümlədən impakt faktonun artırılmasına yüksəlməsinə həlledici təsir göstərəcək https://onlinelibrary.wiley.com/doi/full/10.1002/jbt.22042?elqCampaignId=26602&elqTrack=true&elq_cid=23731604&elq_mid=40697&utm_campaign=26602&utm_content=AuthorEmail-Batch1-FY20-Q3-R-DG-TopCited-Authors-W161P&utm_medium=email&utm_source=eloquaEmail).

Məlumat üçün bildirək ki, ISİ (Journal Citation Reports © Ranking) beynəlxalq bazaya daxil olan bu nüfuzlu jurnalın hazırda impakt faktoru 2.965-ə bərabərdir.

AMEA Aşqarlar Kimyası İnstitutunun əməkdaşları bu jurnalda indiyə qədər 10 məqalə dərc ediblər.

         

 

 

PAYLAŞ