AMEA Aşqarlar Kimyası İnstitutunun alimlərinin motor yağları üçün yaratdığı aşqarlardan bəhs edən məqalə nüfuzlu xarici jurnalda dərc olunub

398

Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutunun (AKİ) Baş direktoru akademik Vaqif Fərzəliyev, laboratoriya müdiri tex.e.d. dosent Elmira Nağıyeva, elmi işçi Xədicə Məmmədyarova və sair əməkdaşların birgə müəllifi olduğu növbəti məqalə “İran Kimya və Kimya Mühəndisliyi” (Iranian Journal of Chemistry and Chemical Engineering) adlı impakt faktorlu, nüfuzlu xarici jurnalda dərc edilib (https://www.ijcce.ac.ir/article_249130.html).

İnstitutdan bildirilib ki, məqalə motor yağları üçün modifikasiya olunmuş alkilfenolyat aşqarların yaradılmasından bəhs edir. Tədqiqatlardan məlum olmuşdur ki, yeni aşqarlar “Shell” firmasının analoqu ilə eyni səviyyədədir.

Xatırladaq ki, dünyada tanınan “Iranian Journal of Chemistry and Chemical Engineering” jurnalı “Web of Science” və “Scopus” beynəlxalq elmi bazalarına daxildir.

 

 

PAYLAŞ