AMEA Aşqarlar Kimyası İnstitutunun direktoru bakalavr tələbələrin onlayn müdafiəsinə sədrlik edib

1331

01 iyul 2020-ci il tarixində Bakı Dövlət Universitetinin (BDU) “Kimya” fakültəsinin IV kurs bakalavr tələbələrin yekun diplom işlərinin onlayn müdafiəsi keçirilib. Azərbaycan Milli Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyevin sədrliyi ilə keçirilən İxtisaslaşdırılmış Müdafiə Şurasının iclasında gündəlikdəki məsələlər və diplom işi mövzuları haqqında iştirakçılara məlumat verilib.

İclasda “Kimya” və “Kimya mühəndisliyi” ixtisaslaşması üzrə Azərbaycan, rus və ingilis dili bölmələri olmaqla 15 bakalavr tələbə yerinə yetirdikləri elmi işlərini təqdim edib. Gənclər tədqiqatlarının aktuallığı, elmi yeniliyi, əldə etdikləri nəticələr haqqında danışıb, sualları cavablandırıblar.

Təqdimatlar ətrafında Komissiya sədri akademik Vaqif Fərzəliyev, Kimya fakültəsinin dekanı, professor Abdulsəyid Əziziov, Üzvi kimya kafedrasının müdiri, akademik Abel Məhərrəmov, Qeyri-üzvi kimya kafedrasının müdiri, professor Teymur İlyaslı, Neft kimyası kafedrasının müdiri, professor İbrahim Məmmədov, fakültənin dekan müavini Fuad Kərimli, Üzvi kimya kafedrasının professoru Namiq Şıxəliyev çıxış edərək suallar veriblər, rəy və təkliflərini bildiriblər.

Sonda səsvermə nəticəsində diplom işləri müvafiq meyarlar üzrə qiymətləndirilib, məzun tələbələrə bakalavr ixtisas dərəcəsinin verilməsi haqqında qərar qəbul edilib.

PAYLAŞ