AMEA Aşqarlar Kimyası İnstitutunun elmlər doktoru hazırlığı üzrə dissertanturaya 2 nəfər qəbul olunub

1368

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu Elmi Şuranın iclası keçirilib. İnstitutun direktoru, akademik Vaqif Fərzəliyev bildirib ki, 2019/2020-ci il üzrə elmlər doktoru hazırlığı dissertanturasına qəbul üçün müsabiqə keçirilib. Onun sözlərinə görə Nazirlər Kabinetinin qərarı ilə ayrılan plan yer üzrə hər birindən 1 nəfər olmaqla “Üzvi kimya” və “Neft kimya” ixtisaslarına 2 nəfər namizəd sənəd vermişdir. Hər bir iddiaçının tədqiqat üçün təklif etdiyi doktorluq dissertasiyası mövzuları və elmi məsləhətçiləri üzrə geniş müzakirələr aparılıb. Dissertasiya mövzularının seçilərkən həm dünya elminin, eyni zamanda ölkə iqtisadiyyatının prioritet inkişaf istiqamətləri üzrə tələblərə cavab verməsini nəzərə alaraq fundamental, nəzəri-tətbiqi əhəmiyyəti əsas götürülüb.

Müsabiqə komissiyasının qərarına əsasən hər iki iddiaçı elmlər doktoru hazırlığı üzrə dissertanturaya qəbul olunublar.

PAYLAŞ