AMEA Aşqarlar Kimyası İnstitutunun laboratoriyalarının “onlayn” rejimdə fəaliyyət istiqamətləri müəyyənləşdirilib

1512

Koronavirus pandemiyası ilə əlaqədar ölkədə elan edilən karantin rejimi ilə əlaqədar AMEA prezidenti, akademik Ramiz Mehdiyevin məlum sərəncamından irəli gələn vəzifələrinin yerinə yetirilməsi üçün akad. Ə.Quliyev adına Aşarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev sərəncam imzalayıb. Sərəncamda deyilir ki, İnstitutun elmi fəaliyyətini “onlayn” formada davam etdirmək məqsədilə laboratoriya rəhbərlərinə bir sıra tapşırıqlar verilib. Belə ki, laboratoriyalarda çalışan elmi işçilər fəaliyyətlərini internet üzərindən davam etdirmək üçün tədqiqat sahəsi üzrə elmi məlumatların toplanması və analizi, elmi məqalələrin yazılıb nəşrə təqdim olunması, onlayn rejimdə seminar, konsultasiya və konfranslarda iştirak kimi üzərlərinə düşəcək işləri yerinə yetirəcəklər.

Eyni zamanda İnstitut alimləri Azərbaycanca vikipediya üçün məqalələrin hazırlanması və yerləşdirilməsi ilə də məşğul olacaqlar, eləcə də “Elmi kadrlar” informasiya portalında hər bir elmi işçi haqqında məlumatlar yerləşdiriləcək. Hər laboratoriya üzrə yuxarıda qeyd olunan və digər sahələr üzrə əldə edilən nailiyyətlər haqqında məlumatlar institutun portalında yerləşdiriləcək.

İnstitutun “Patent tədqiqatları və elmi informasiyanın analizi” şöbəsinə elmi işçilərə lazımi informasiya dəstəyinin verilməsi göstərişi verilib.

Sərəncamda deyilir ki, İnstitutun Təhsil Şöbəsinin müdiri əvəzi Sədaqət Şamxalova I kurs magistrantların distant formada təhsili, II kurs doktorantların elmi pedaqoji-təcrübə, doktorant və dissertantların elmi rəhbərləri ilə məsləhət saatlarının keçirilməsi və bu prosesə nəzarət edilməsi tədbirlərini yerinə yetirmək, Gənc Alim və Mütəxəssislər Şurasının sədrı Əfsun Sucayev karantin dövründə gənclərin elmi fəaliyyətləri sahəsində görülən işlər və əldə edilmiş nailiyyətlər barədə elmi katibliyə məlumat vermək tapşırılıb.

İnstitutun İctimayyətlə əlaqələr şöbəsinin müdiri İradə Eyvazova İnstitut və onun elmi işçilərinin onlayın rejimdə fəaliyyətinin nəticələri ilə bağlı məlumatların hazırlanıb elektron kütləvi informasiya vasitələrində yayılması işlərini təşkil edəcək.

 

PAYLAŞ