AMEA-nın bəzi institutlarına baş direktor təyin olunub

1031

Akademik Vaqif Fərzəliyev akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun baş direktoru vəzifəsinə təsdiq edilib.

İyunun 18-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclasda kadr məsələlərinə də baxılıb. Rəyasət Heyətinin müvafiq qərarları ilə akademik Dilqəm Tağıyev akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun, akademik Vaqif Abbasov akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun, akademik Vaqif Fərzəliyev akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun, müxbir üzv Bəxtiyar Məmmədov Polimer Materialları İnstitutunun və müxbir üzv Əlövsət Quliyev Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, Natiq Mehdiyev isə AMEA Rəyasət Heyəti aparatının Xüsusi şöbəsinin müdiri vəzifələrinə təsdiq ediliblər.

 

 

 

PAYLAŞ