AMEA-nın institutunda beynəlxalq laboratoriya yaradılacaq

1232

AMEA-nın Akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutununda beynəlxalq laboratoriya yaradılacaq.

Bu barədə “Report”a institutun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Belə ki, institutun direktoru, akademik Vaqif Fərzəliyevin tapşırığı əsasında İnstitutun aparıcı elmi işçisi, Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Əfsun Sucayev martın 1-dən Türkiyədə elmi ezamiyyətdədir.

Beş günlük səfərdə məqsəd AMEA Aşqarlar Kimyası İnstitutu ilə Türkiyənin Orta Doğu Texnik Universiteti və Ərzurum Atatürk Universitetinin kimya bölmələri arasında müştərək beynəlxalq laboratoriyanın yaradılmasını müzakirə etməkdir.

Martın 2-də Əfsun Sucayev Orta Doğu Texnik Universiteti Kimya bölməsinin rəhbəri, professor Cihangir Tanyeli ilə görüşüb. Tərəflər görüləcək konkret işləri müəyyənləşdirərək beynəlxalq laboratoriyanın yaradılması ilə bağlı bütün məsələləri razılaşdırıb. Hazırda Ərzurum Atatürk Universitetinin Kimya bölməsinin rəhbərliyi ilə də danışıqlar aparılır. Yaxın vaxtlarda beynəlxalq laboratoriyanın yaradılması məqsədilə tərəflər arasında əməkdaşlıq müqaviləsinin imzalanması gözlənilir.

PAYLAŞ