AMEA-nın kimyaçı alimlərinin növbəti məqaləsi yüksək impakt faktorlu nüfuzlu xarici jurnalda dərc olunub

1537

Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası və Polimer Materialları institutlarının alimləri – akademik Vaqif Fərzəliyev, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov, kimya elmləri doktorları Əfsun Sucayev, Əlverdi Kərimov və elmi işçi Arzu Orucovanın beynəlxalq müştərək tədqiqat çərçivəsində türk həmkarları – professor İlhami Gülçin, dosent Parham Taslimi ilə birlikdə növbəti məqaləsi impakt faktorlu “Bio-organic chemistry” jurnalında (https://www.sciencedirect.com/science/article/pii/S0045206820304004?via%3Dihub) dərc edilib.

Aşqarlar Kimyası İnstitutundan verilən məlumata görə ki, məqalə ilk dəfə natrium dietilditiokarbamat törəmələri əsasında sinte olunan funksional əvəzli  fizioloji fəal maddələrin bioloji aktivliyi, eyni zamanda “molekulyar dokinq” tədqiqatlarına həsr olunmuşdur.

Məlumat üçün bildirək ki, dünyaca məşhur “Elcevier” nəşriyyatına daxil olan bu jurnal kimya, biologiya və tibb sahəsinə aid ən son elmi yeniliklərlə bağlı məqalələri müntəzəm olaraq yayımlayır. “Web of Science” və “Scopus” beynəlxalq elmi bazalarına daxil olan jurnalın impakt faktoru 3.926-a bərabərdir.

 

 

PAYLAŞ