Aşqarlar Kimyası İnstitutu alimlərinin Web of Science bazasına daxil olan jurnallarda dərc olan məqalələrinin sayı artıb

30

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi akademik Ə.M. Quliyev adına Aşqarlar Kimyası İnstitutunun (AKİ) tədqiqatçılarının “ Clarivate Analytics” (Web of Science) bazasında indeksləşdirilən jurnallarda dərc olunan məqalələrin və onlara edilən istinadların sayı əsaslı şəkildə artıb. İnstitutun icraçı direktoru kimya elmləri doktoru, professor Əfsun Sucayevin verdiyi məlumata görə, AKİ alimlərinin 2022-2024-cü illər üzrə olmaqla son 3 ildə beynəlxalq bazaya daxil olan Q1, Q2, Q3 və Q4 kvartilli jurnallarda 27 tədqiqat işi dərc olunub və dünya miqyasında digər tədqiqatçılar tərəfindən bu məqalələrə 73 dəfə istinad edilib (https://www.webofscience.com/wos/woscc/summary/badfbe18-4f4a-49e8-8bd6-f3af36d0e756-010620867f/relevance/1).

O qeyd edib ki, məqalələrdən Q1 kvartilli jurnallarda 2, Q2 kvartilli jurnallarda 7, Q3 kvartilli jurnallarda 10, Q4 kvartilli jurnallarda 8 məqalə dərc olunub.

 

PAYLAŞ