Aşqarlar Kimyası İnstitutuna ekskursiya edən istedadlı məktəblilər diplomala təltif ediliblər

189

“Heydər Əliyev ili” çərçivəsində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutuna ekskursiya edən Bakı məktəblərindən istedadlı və fəallıqları ilə seçilən şagirdlər təltif ediliblər. Bu haqda İnstitutun Elmi Şurasının 11 yanvar 2024-cü il tarixində keçirilən iclasında məlumat verən icraçı direktor kimya elmləri doktoru, professor Əfsun Sucayev bildirib ki, Sabunçu rayon 192 saylı  orta məktəbin şagirdləri İnstitutda olublar, laboratoriyalarda olan müasir fiziki-kimyəvi cihazlarla və aparılan elmi tədqiqatlarla yaxından tanış olublar: “Digər məktəblərin şagirdlərindən fərqli olaraq bu məktəbin 8-ci sinif şagirdləri olan Aysel Seyidova və Zeynəb Quliyeva Aşqarlar Kimyası İnstitutnun görkəmli alimləri olmuş akademiklər – Əli Quliyev və İzzət xanım Orucova haqqında maraqlı təqdimatla çıxış etdilər. Onların elmə marağını artırmaq üçün qiymətləndirməyə qərar verdik”.

Sonra şagirdlərə diplomlar təqdim olunub.

İclasda hazırda təhsilini davam etdirən doktorant və dissertantlar attestasiyadan keçirilib. Ə.Sucayev bildirib ki, elmin inkişafının hazırkı yenilənmə mərhələsi dünyanın müasir tələblərinə və ölkəmizdə yaradılan yeni reallıqlara uyğunlaşdırılmalıdır: “Bunun üçün elmi tədqiqat müəssisələrində, o cümlədən Aşqarlar Kimyası İnstitutunda yüksək ixtisaslı kadr hazırlığı sahəsində səmərəliliyin artırılması istiqamətində keyfiyyət dəyişikliklərinə önəm verilməlidir. Bu nöqteyi-nəzərdən elmi fəaliyyətini doktorantura və dissertanturada davam etdirən hər bir mütəxəssis elmi işini yüksək səviyyədə yerinə yetirib müvafiq elmi dərəcə qazanmaqla, çalışdığı İnstituta, eyni zaman da bütövlükdə ölkəmizə, dövlətimizə, millətimizə fayda gətirmiş olur. Dissertasiya işi müdafə etməyə yalnız öz şəxsi məsələniz kimi baxmamalısınız. Bu həm də ümumi məsələdir”.

O, İnstitut rəhbərliyi tərəfindən gənclərə hər zaman dəstək olacaqlarını, onlara maddi-texniki və informasiya dəstəyi veriləcəyini diqqətə çatdırıb.

Daha sonra 2024-ci il üzrə institut laboratoriyalarının illik fəaliyyət və institut elmi seminarlarının planları, o cümlədən, Ekspert Şurasının yenilənmiş tərkibi təsdiqlənib və nizam-intizam məsələləri müzakirə edilib.

 

 

 

PAYLAŞ