Aşqarlar Kimyası İnstitutunda “1Mart – Ümumdünya Mülki Müdafiə Günü” ilə əlaqədar tədbir keçirilib

65

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda “1Mart – Ümumdünya Mülki Müdafiə Günü” münasibətilə mülki maarifləndirici tədbir keçirilib.

Tədbirdə manqa rəhbərləri və institutda istehsalat təcrübəsi keçən tələbələr də  iştirak ediblər.

İnstitut Mülki Müdafiə Qərargah rəisi Hüseyn Dünyamalıyev “Yanğın təhlükəsizliyi haqqında” və “Mülki müdafiə haqqında” qanunlardan da danışıb, işçiləri maarifləndirib.

Təhlükəsizlik texnikası üzrə mühəndis Rafiq Quliyev institut əməkdaşlarının təhlükəsizliyinin təmin olunması ilə bağlı tədbirlər haqqında məlumat verib. Yanğına qarşı təbliğat apararaq, işçilərə və institutda təcrübə keçən tələbələrə yanğın təhlükəsizliyi tədbirlərindən danışıb.

Sonda “1Mart – Ümumdünya Mülki Müdafiə Günü” ilə əlaqədar videoçarx nümayiş olunub.

PAYLAŞ