Aşqarlar Kimyası İnstitutunda 27 Mart – “Elm günü” qeyd edilib

115

27 mart 2024-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda  “Elm günü” ilə bağlı bayram tədbiri keçirilib.

Azərbaycan elmi ictimaiyyətinin bayramı olan “Elm Günü” Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsis edilmişdir. Bu bayram 2019-cu ildə ölkədə ilk dəfə olaraq  yüksək səviyyədə qeyd edilib.

Tədbiri giriş sözü ilə institutun elmi katibi, kimya üzrə fəlsəfə doktoru Mehparə Səfərova açaraq, Azərbaycan elminin inkişaf etdirilməsinə dövlət səviyyəsində göstərilən böyük qayğı, ölkədə alimin və elmin nüfuzunun yüksəldilməsindən, elmdə olan kəşflərdən, elm sahəsində fəaliyyət göstərən alim və mütəxəssislərin əldə etdikləri nailiyyətlərdən danışıb.

Gənc Alim və Mütəxəssislər Şurasının üzvü Məcdi Nərgiz bu günün yaranma tarixi ilə bağlı geniş məruzə ilə çıxış edib.

Professor Pərvin Məmmədova, institutun qocaman alimi Nüsrət Əliyev və İnstitut Həmkarlar Təşkilatının sədri, k.ü.f.d., dosent  Elxan İsakov Azərbaycan elminin inkişafı üçün dövlətimizin yaratdığı geniş imkanlardan, ölkədə elmin populyarlaşdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilməsindən danışb və  gəncləri bu gün münasibətilə təbrik edib, öz arzu və istəklərini çatdırıblar.

PAYLAŞ