Aşqarlar Kimyası İnstitutunda “Alkilfenollar və onların əsasında alınan yuyucu-dispersedici aşqarlar” mövzusunda seminar keçirilib

205

16 yanvar 2024-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda “Alkilfenollar və onların əsasında alınan yuyucu-dispersedici aşqarlar” mövzusunda maarifləndirmə seminarı keçirilib.

Giriş nitqi ilə çıxış edən institutun elmi katibi k.ü.f.d., dosent Mehparə Səfərova bu seminarların elmi işçi, doktorant, magistrant və institutda təcrübə keçən tələbələri laboratoriyalarda  aparılan tədqiqatların nəticələri ilə tanış etmək nöqteyi-nəzərdən böyük əhəmiyyəti olduğunu qeyd edib.

Sonra  kimya elmlər doktoru, professor Elmira Nağıyeva “Alkilfenollar və onların əsasında alınan yuyucu-dispersedici aşqarlar” mövzusunda geniş təqdimatla çıxış edib.

O, laboratoriyanın 1965-ci ildən akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutu yarandığı tarixdən fəaliyyət göstərməsindən, motor yağlarına çoxfunksiyalı alkilfenolyat tipli aşqarların yeni modifikasiyalarının yaradılması istiqamətində karboksilat və kükürd (ya azot) saxlayan alkilfenol əsaslı yuyucu-dispersedici aşqarlar sintez edilməsindən və bu il labaoratoriyada aparılmış işlərdən danışaraq qeyd edib ki: “Hal-hazırda laboratoriyanın əməkdaşları sənayedə buraxılan əmtəə aşqarlarını əvəz edə bilən yeni çoxfunksiyalı aşqarların sintezi üzrə tədqiqatlar aparırlar. Tərkibində müxtəlif heteroatomlar saxlayan yüksək istismar göstəricilərinə və həm də yüksək qələviliyə malik olan yeni alkilfenolyat aşqarlarının (ИХП-114, ИХП-130, AKİ-140, AKİ-150, AKİ-154, AKİ-156, AKİ-162, AKİ-164, AKİ-210, AKİ-215, AKİ-218, AKİ-219, AKİ-223 və s.) alınmasının optimal şəraiti işlənilmişdir.

ИХП-114 və ИХП-130 aşqarlarının alınma texnologiyası Sumqayıt Aşqarlar zavodunda işlənilmişdir. Müəyyən olunmuşdur ki, alınan aşqarlar yüksək oksidləşmə, korroziyaya qarşı və yuyuculuq xassələrinə görə əmtəə aşqarlarından – ВНИИНП-714, МАСК, ОЛОА-218А və s. üstündür.

Alınmış aşqarların tətbiqi ilə müasir texnikanın tələblərinə cavab verən yeni M-8B, M-10Г2, М-10В2, М-16ИХП-3, М-20В2Ф və s. kimi motor yağları işlənilmişdir”.

Təqdimatla bağlı elmi katib, k.ü.f.d. Mehparə Səfərova, laboratoriya müdiri k.e.d., professor Pərvin Məmmədova, aparcı elmi işçilər – k.ü.f.d., dos. Nüsrət Əliyev və k.ü.f.d. Məlahət Abbasova fikirlərini bildirib, rəy və təkliflərini səsləndiriblər.

PAYLAŞ