Aşqarlar Kimyası İnstitutunda bayram sovqatı paylandı

99

Ramazan ayı insanlara Allahı sevmək prinsiplərini öyrədir, onlara öz iradə və dözümlüklərini yoxlamaq imkanı verir, onları gözüaçıq, təmiz, vicdanlı insan olmağa sövq edir. Ramazan ayı yardımlaşmaq ayıdır.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Həmkarlar Təşkilatı bu ay münasibətilə institutun aztəminatlı əməkdaşlarına bayram sovqatı paylayıb.

İnstitut Həmkarlar Təşkilatının sədri, kimya üzrə fəlsəfə doktoru, dosent  Elxan İsakov  bu ənənənin davam edəcəyini qeyd edib.

PAYLAŞ