Aşqarlar Kimyası İnstitutunda doktorantura və dissertanturaya qəbul keçirilib

215

13 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya ixtisas fənnindən qəbul imtahanı keçirilib.

İnstitutun Təhsil şöbəsindən verilən məlumata görə, imtahanda “Neft kimyası” ixtisası üzrə “Xarici dil” və “Fəlsəfə” imtahanlarını müvəffəqiyyətlə verərək, növbəti mərhələyə keçən 1 namizəd iştirak edib.

İmtahan komissiyasının sədri institutun baş direktoru, akademik Vaqif Fərzəliyev,  üzvləri – icraçı direktor, k.e.d., dosent Əfsun Sucayev, elmi katibi, k.ü.f.d. Mehparə Səfərova, “Yağlayıcı-soyuducu kompozisiyalar” laboratoriyasının müdiri, k.e.d.,professor Pərvin Məmmədova və “Müxtəlif funksiyalı polimer birləşmələr” laboratoriyasının aparıcı elmi işçisi, k.ü.f.d. Elnarə Həsənova olub. 2 saat müddətində 5 sualı cavablandıran namizəd Qasımov Rahib Zaur oğlunun nəticəsi müsbət qiymətləndirilib.

Məlumat üçün bildirək ki, İnstitutun dissertanturasına qəbul olunan Süleymanlı Natiqə Rəhim qızının dissertasiya mövzusu “D-qlükozanın sorbitol və qlukan turşusuna katalitik oksidləşməsi prosesinin tədqiqi”, rəhbərləri isə kimya elmlər doktoru, dosent Ə.R.Sucayev və kimya üzrə fəlsəfə doktoru, dosent Y.Ə. Abdullayev təsdiq edilmişdir.

PAYLAŞ