30 oktyabr 2019-cu il tarixində AMEA Aşqarlar Kimyası İnstitutunda Ukraynanın xüsusi texnika istehsal edən “V.O.Malışev аdınа Zavod” un baş direktorunun müavini A.N.Malakey və mühərrikqayırma üzrə baş konstruktoru Y.N.Ovçarovla görüş təşkil olunmuşdur. İnstitutun direktoru akademik V.Fərzəliyev qonaqları salamlayaraq bu görüşün səbəbini açıqlamışdır.
Məlum olmuşdur ki, SSRİ dövründə Müdafiə Sənaye Kompleksinin tapşırığı ilə АМЕА Aşqarlar Kimyası İnstitutu Ukraynanın xüsusi texnika istehsal edən “V.O.Malışev аdınа Zavod”la elmi-texniki əməkdaşlıq çərçivəsində institut tərəfindən həmin zavodda istehsal edilən xüsusi texnika üçün xüsusi motor yağı (М-l6ИХП-3) yaradılmış və istehsalı təşkil edilmişdir.
Müasir vəziyyətlə əlaqədar Aşqarlar Kimyası İnstitutu qeyd olunan zavoda xüsusi təyinatlı dizel mühərrikləri üçün М-16ИХП-3 tipli yeni motor yağlarının yaradılması və tətbiqi sahəsində əməkdaşlığı davam etdirmək təklifi ilə müraciət etmişdir. Zavod institutun təklifini məmnuniyyətə qəbul etmiş və belə əməkdaşlığın onlar üçün vacib olduğunu vurğulamışlar. Qeyd olunan istiqamətdə iki təşkilat arasında elmi-texniki əməkdaşlığı müzakirə etmək üçün zavodun iki rəhbər işçisi АМЕА-уа ezam olunmuşlar.
Səmərəli əməkdaşlıq üçün şərait yaradan bu görüşdə akademik Fərzəliyev qonaqlara institutun imkanları haqqında məlumat verməklə yanaşı hər bir laboratoriyada aparılan elmi tədqiqatlardan da danışmışdı. Sonda o, bu əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağına ümid etdiyini bildirmişdir.