Aşqarlar Kimyası İnstitutunda fəallığı ilə seçilən tələbələr mükafatlandırıldılar

160

Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) IV kurs tələbələrinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda (AKİ) elmi-istehsalat təcrübəkeçməsi başa çatıb. Bu münasibətlə İnstitutda prosesin yekunlarına həsr olunan tədbir keçirilib. AKİ-nin baş direktoru akademik Vaqif Fərzəliyev bildirib ki, hər iki universitetin kimya və kimya mühəndisliyi ixtisasları üzrə bakalavr tələbələr kiçik qruplara bölünərək müasir cihaz və avadanlıqlarla təhciz edilmiş laboratoriyalarda təcrübə keçmiş, aparılan elmi tədqiqatlarla yaxından tanış olmuşlar.

Onlar eyni zaman da zərif üzvi sintez, aşqarlar kimyasının müasir və aktual mövzularına həsr olunan laboratoriya və ümuminstitut seminarlarında iştirak ediblər.

Sonda bilik-bacarığı, nümunəvi davranışı ilə fərqlənən təcrübəçi tələbələr təltif olunublar. Tələbəblərə BDU və ADNSU fakültə və kafedra rəsmiləri tərəfindən diplom və hədiyyələr təqdim olunub.

 

PAYLAŞ