Aşqarlar Kimyası İnstitutunda “Heydər Əliyev İli”nə həsr olunan elmi müsabiqə keçiriləcək

131

XX əsr milli tariximizin ən qüdrətli siması olan görkəmli siyasi və dövlət xadimi  Ümummilli lider Heydər Əliyevin bizlərə ərmağan etdiyi zəngin dövlətçilik irsi və həyat fəlsəfəsi hələ uzun müddət diqqət mərkəzində olacaqdır. Çünki Ulu öndərin həyat və yaradıcılıq fəlsəfəsi öz xalqına həmişə sədaqətlə xidmət etmək, Azərbaycan Respublikasını müstəqil bir dövlət kimi formalaşdırmaq olmuşdur.

Heydər Əliyev irsini daim  öyrənmək, qorumaq, təbliğ və tətbiq etmək bugünkü və gələcək nəsillərin qarşısında duran ən vacib məsələlərdən biridir. Bu məqsədlə də 2023-cü il  “Heydər Əliyev ili” elan olunub. Bu əlamətdar il ilə bağlı ölkəmizin hər yerində  yerli və beynəlxalq əhəmiyyətli forum, konfrans, simpozium, dəyirmi masa və seminarların keçirilməsi nəzərdə tutulub.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunda  da “Heydər Əliyev ili” çərçivəsində silsilə tədbirlərə start verilib. Bu haqda məlumat verən İnstitutun icraçı direktoru, kimya elmləri doktoru Əfsun Sucayevin sözlərinə görə, İnstitutun Yeni Azərbaycan Partiyası Ərazi Təşkilatı və Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində bu elmi müəssisənin gənc tədqiqatçıları olan gənc alim, doktorant, dissertant və magistrantlar arasında “Ən yaxşı elmi məruzə” adlı müsabiqə elan edilib: “01 aprel-01 may 2023-cü il tarixlərini əhatə edən müsabiqə müddətində iştirakçılar son bir ildə apardıqları elmi tədqiqatların ən mühüm nəticələri ilə bağlı təqdimat hazırlayıb ekspertlər qarşısında məruzə edəcəklər”.

Ekspert Komisiyasının yekun rəyi əsasında I, II və III yerlər üzrə qaliblər seçiləcək, onlara diplom və pul mükafatları təqdim olunacaq.

PAYLAŞ