Aşqarlar Kimyası İnstitutunda imtahan keçirildi

125

14 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda 2314.01-“Neft kimyası” ixtisas fənnindən kimya üzrə fəlsəfə doktorluğu hazırlığı üzrə imtahan keçirilib.

İnstitutun baş direktoru, akademik Vaqif Fərzəliyevin sədrliyi ilə yaradılmış doktorluq imtahan komissiyası üzvlərinin iştirakı ilə baş tutan imtahanda bu elmi müəssisənin sabiq doktorantı Kazımzadə Şəfa Kazım qızının ixtisas bilikləri yazılı və şifahi formada sual-cavabla yoxlanılıb, yüksək qiymətləndirilib.

PAYLAŞ